Haqqımızda

Uğurunuzun zəmanəti...

Zəngin təcrübəyə malik peşəkarlar tərəfindən əsası qoyulmuş “Forbist” MMC Maliyyə, Mühasibat uçotu, İnsan resurslarının idarə edilməsi, Hüquq sahələrində kompleks fəaliyyət və məsləhət xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmışdır. İşgüzar etik normalar və mövcud qanunvericilik aktları çərçivəsində, qüsursuz xidmət göstərməyi hədəfləyən “Forbist” MMC qısa müddət ərzində müştərilərinin etimadını doğruldaraq böyük nəticələr əldə etmiş, müştəri bazasını genişləndirərək fəaliyyət sahəsi üzrə aparıcı yerlərdən birini tutmuşdur.

Müştəri məmnuniyyəti, nəticə yönümlü fəaliyyət, işlərin yüksək keyfiyyətdə, xətasız və sürətli icrası “Forbist” MMC-nin yüksək ixtisaslı və zəngin təcrübəli mütəxəssislərdən ibarət komandasının ən başlıca prinsiplərindəndir.

Peşəkarlıq | Bilik və təcrübə

Göstərilən xidmətlərin yerli və beynəlxalq standartlara uyğun olması

Güvənlilik | Əminlik

Tərəfdaşlıq edilən müəssisələrin fəaliyyətinə dair məlumatların tam konfidensiallığının qorunması

Stabillik | Davamlılıq

Xidmətlərin keyfiyyətinin davamlı olması və şirkətin dayanıqlılığının təmin olunması

Zəmanət | Etibarlılıq

Hər bir müəssisənin tərəfdaşlıqdan məmnun qalması və fayda əldə etməsinin təmin olunması

Əsas dəyərlərimiz

Vizyonumuz

Müştəri və əməkdaşlarımızın məmnuniyyətini, göstərilən xidmətlərin keyfiyyət və faydasını ön planda tutmaqla, yenilikləri yaxından təqib edərək davamlı inkişafı təmin etməklə, Azərbaycanın və yaxın ölkələrin aparıcı xidmət və məsləhət şirkəti olmaqdır.

Missiyamız

Şirkətlərin mövcud olduğu iqtisadi və hüquqi sistemin tələblərini yerinə yetirmələrinə  və onların inkişafına yardımçı olmaq, müştərilərin qərarvermə prosesinin effektivliyinin artırılmasına və onların fəaliyyətinin bu qərarlar əsasında reallaşdırılmasına dəstək olmaqdır.

Forbist rəqəmlərdə

Bu rəqəmlər bizim əvəzimizə sizə hekayəmizi danışacaq!

0
İL TƏCRÜBƏ
0
MÜŞTƏRİ
0
UĞURLU LAYİHƏ
0
KOMANDA ÜZVÜ