Xidmətlər

null

Vergi məsləhəti

Müəssisələr vergi planlaması və vergi ödənişlərinin həyata keçirilməsi zamanı müəyyən çətinlik və problemlərlə qarşılaşır ki, bu çətinliklərin həllində onlara icraçı şəxslərdənsə həmin sahədə uzunmüddətli təcrübə və zəngin biliklərə sahib peşəkarların köməyi lazım olur. Məhz bu zamanlarda Forbist komandasının əməkdaşları sizin çətinlik və problemlərinizi dinləyir, bunların səbəbini araşdırır və sizə öz rasional təklif və ideyalarını təqdim edir.

“Forbist” MMC zəngin bilik və təcrübəyə malik komandası ilə müştərilərə aşağıdakı mövzularda vergi məsləhəti xidməti göstərməkdədir:

  • Vergi planlaması və ödənişləri ilə bağlı məsləhətin verilməsi;
  • Vergi qanunvericiliyində dəyişikliklər üzrə monitorinqin aparılması və yeniliklərin tətbiqi;
  • Vergi orqanları ilə əlaqələrin qurulması;
  • Sadə və xüsusi vergi rejimli şirkətlər üçün vergi tutma prosesinin planlaşdırılması;
  • Vergi ödənişlərinin optimizasiyası;
  • Hüquqi və fiziki şəxslərin vergi öhdəliyinə müvafiq olaraq vergilərinin hesablanması;
  • Vergi qoyma və vergi planlaşdırılması;
  • Vergi yoxlamaları zamanı təşkilatın maraqlarının təmsil olunması, vergi yoxlaması aktlarına etirazların hazırlanması.

null

Mühasibat uçotu

“Forbist” MMC-nin təklif etdiyi Mühasibat uçotu xidmətlərindən yararlanaraq müəssisənizdə mühasibat uçotu əməliyyatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə aparılmasına nail olmaqla, gecikmələr və ya yanlış əməliyyatların gətirə biləcəyi cərimə və sanksiyalardan azad olacaq, eyni zamanda müəssisənizdə mühasibat uçotu əməliyyatlarının zəngin təcrübəli peşəkarlar tərəfindən aparılmasını daha qənaətli büdcə ilə təmin etmiş olacaqsınız.

“Forbist” MMC-nin təklif etdiyi mühasibat uçotu xidmətlərinə aşağıdakılar daxildir:

  • Mühasibat uçotunun aparılması;
  • Mühasibat (maliyyə) hesabatlarının formalaşdırılması;
  • Fiziki və hüquqi şəxslərin maliyyə və təsərrüfat fəaliyyətinin mühasibat uçotuna tam nəzarət olunması;
  • Rüblük və illik hesabatların müvafiq dövlət orqanlara təqdim edilməsi;
  • Mühasibat uçotunun qurulması və/və ya bərpa edilməsi;
  • Müəssisənin əsas vəsaitlərinin inventarizasiyası;
  • Müəssisənin debitor və kreditor borclarının analizi və inventarizasiyası;
  • Uçot siyasətinin işlənilməsi və xərclərin optimallaşdırılması.

null

İnsan resurslarının idarə edilmesi

Təşkilati-hüquqi mülkiyyət formasından və say tərkibindən asılı olmayaraq, hər bir müəssisədə İnsan resursları idarə edilməsi fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun, düzgün və tam şəkildə həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edib. “Forbist” MMC müəssisədə işçi və işəgötürən münasibətlərini, əməkdaşların motivasiya və məhsuldarlığını, eyni zamanda Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələblərini göz önündə tutaraq müəssisələr üçün aşağıdakı xidmətləri təklif edir:

  • İşçilərin şəxsi işlərinin formalaşdırılması;
  • Əmək müqavilələrinin hazırlanması, “Elektron hökumət” portalında qeydiyyatının aparılması;
  • Əmək müqavilələrində dəyişikliklərin həyata keçirilməsi və alt sənədlərinin hazırlanması;
  • Əmək müqavilələrinə xitam verilməsi və alt sənədlərinin hazırlanması;
  • Əməkhaqqı, mükafat və digər ödənişlərin hesablanması;
  • Ştat cədvəli, tabel-iş vaxtının uçotu cədvəlinin tərtib edilməsi;
  • Bütün növ kadr və məzuniyyət əmrlərinin tərtib edilməsi;
  • Aylıq, rüblük, illik hesabatların hazırlanması və müvafiq dövlət orqanlarına təqdim edilməsi və s.

null

Qiymətləndirmə və monitorinq

“Forbist” MMC bütün sahələrdə qiymətləndirmə xidmətlərini həyata keçirir. Belə ki, şirkət müştərinin tələbinə uyğun olaraq,  bütün dövriyyə və dövriyyədənkənar aktivləri, öhdəlikləri və digər sərvətləri ilkin və bərpa dəyəri ilə qiymətləndirərək bazar qiymətlərinə uyğunlaşdırır.

Forbist şirkəti aşağıdakı qiymətləndirmə xidmətlərini təklif edir:

  • Hər növ biznesin qiymətləndirilməsi;
  • Daşınmaz əmlakın qiymətləndirilməsi;
  • Mənzillərin ipoteka krediti üçün qiymətləndirilməsi;
  • Maşınların, avadanlığın və nəqliyyat vasitələrinin qiymətləndirilməsi;
  • Qeyri-maddi aktivlərin və intellektual mülkiyyətin qiymətləndirilməsi;
  • BMUS formalaşdırılması məqsədi ilə aktiv və öhdəliklərin qiymətləndirilməsi;
  • Sığorta edilmiş obyekt üçün risk dərəcəsinin qiymətləndirilməsi;
  • Əsas vəsaitlərin yenidən qiymətləndirməsində yardım;
  • Nizamnamə kapitalının formalaşdırılması üçün mülkiyyətin qiymətləndirilməsi;
  • Hüquqi və fiziki şəxslərə dəymiş zərərin qiymətləndirilməsi.

null

Korporativ maliyyə idarəetməsi

“Forbist” MMC müəssisələrin pul dövriyyəsi, maliyyə ehtiyatlarının formalaşdırılması, onların səmərəli və effektiv idarə olunması prosesini əhatə edən korporativ maliyyə idarəetməsi xidmətini təklif edir. “Forbist” MMC-nin idarəetmə strategiyası və effektiv taktiki həllələrə söykənən korporativ maliyyə idarəetməsi xidməti müəssisələrin bazar dəyərini və mənfəətini maksimallaşdırmağa, maliyyə sabitliyini qoruyub saxlamağa, əmtəə və xidmətlərin satış həcmini artıraraq rəqiblərlə mübarizədə liderlik etməyə imkan verir. Korporativ maliyyə idarəetməsi xidməti maliyyənin planlaşdırılması, maliyyə uçotu və təhlilin aparılması, idarəetmə qərarlarının qəbul edilməsindən ibarətdir.

null

Miqrasiya xidməti

“Forbist” MMC əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iş və yaşayış icazələrinin alınması xidmətini təklif edir:

  • Əcnəbi vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin yaşayış və iş icazəsinin alınması;
  • Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatının həyata keçirilməsi;
  • Müvəqqəti yaşayış və iş icazəsinin müddətinin uzadılması;

null

Autsorsinq

Şirkətin daxildə icra olunan bəzi fəaliyyətlərinin həmin sahələrdə daha zəngin təcrübə və peşəkarlığa malik tərəfdaşlara ötürülməsi prosesi olan autsoursinq XX əsrin sonlarından etibarən biznes dünyasında geniş istifadə olunan və rəğbət görən idarəetmə modellərindən biridir. “Forbist” MMC-nin peşəkar komandası müəssisələrə mühasibat uçotu, insan resursları idarə edilməsi xidmətlərini autsoursinq modelinə uyğun şəkildə təklif edir. Bu xidmət sayəsində müəssisələr əməliyyatların daha az məsrəflə, daha səriştəli mütəxəssislər tərəfindən icrasına nail ola bilərlər. Peşəkarların əməyindən yararlanan müəssisələr  yol verilən səhvlərin, gecikdirilən işlərin gətirdiyi riskləri minimuma endirir və rəhbər heyətin şirkətin strateji fəaliyyət sahəsinə fokuslanaraq biznesin daha sürətli inkişafını təmin etmələrinə imkan yaradır.
null

Yenidənqurma ve bərpa

Bir çox hallarda böhran vəziyyətində olan müəssisə və təşkilatların böhran vəziyyətindən çıxarılması və fəaliyyətinin normallaşdırılması yeni bir müəssisənin qurulmasından daha çox əmək, zaman və təcrübə tələb edir. “Forbist” MMC-nin peşəkar komandası müəssisələrdə yaranmış böhran vəziyyətini sabitləşdirmə, böhrandan çıxış və yenidənqurma üçün məsləhət xidməti göstərir, effektiv qərarlar  qəbul etməyiniz üçün imkanlar yaradır. Bizim yenidənqurma və bərpa üzrə ekspert olan əməkdaşlarımız idarəetmə, biznes danışıqları sahəsindəki təcrübələri ilə müəssisələrin ləğv edilməsi, təhvil verilməsi və ya birləşdirilməsi zamanı mürəkkəb biznes danışıqlarının effektiv idarə edilməsində sizə dəstək göstərir.

null

Kənar və daxili audit

“Forbist” MMC müəssisələrdə mühasibat uçotunun dəqiq və dürüst aparılmasının müəyyənləşdirilməsi, mühasibat və maliyyə hesabatlarının auditi xidmətini təklif edir. Audit fəaliyyəti aktivlər, öhdəliklər, xüsusi vəsaitlər və maliyyə nəticələrinin düzgün, tam və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə həyata keçirilir. “Forbist” MMC dürüstlük, şəffaflıq və konfidensiallığı təmin etməklə aşağıdakı audit xidmətlərini təqdim edir:

  • Azərbaycanın milli mühasibat uçotu standartlarına uyğun maliyyə (mühasibat) auditi;
  • Beynəlxalq maliyyə uçot standartlarına uyğun maliyyə hesabatlarının auditi;
  • Xüsusi təyinatlı auditin həyata keçirilməsi;
  • Razılaşdırılmış prosedurların yerinə yetirilməsinin auditi;
  • Daxili nəzarət sisteminin qiymətləndirilməsi.

null

Maliyyə və biznes məsləhəti

“Forbist” MMC maliyyə, korporativ idarəetmə, strateji menecment, müəssisənin restrukturlaşdırılması və s. üzrə məsləhət xidmətləri təqdim edir. “Forbist” MMC-nin peşəkar və təcrübəli məsləhətçiləri biznesinizin sürətlə dəyişən bazarla ayaqlaşması üçün sizinlə çalışır, öz praktiki tövsiyyələri ilə rəqabətə davamlılığınızı artıraraq daha sürətli böyüməyinizə və inkişafınıza dəstək olur. Qarşılaşdığınız hər hansı sual və ya problemlə, eyni zamanda qəbul edəcəyiniz əhəmiyyətli qərarlarınızla bağlı Forbist şirkətinə müraciət edərək, peşəkarların təcrübəsindən yararlana bilərsiniz.

null

Hüquq məsləhəti

Müəssisələr gündəlik fəaliyyətində tez-tez hüquqi bilik və təcrübə tələb edən suallarla qarşılaşır. “Forbist” MMC zəngin təcrübəsinə əsaslanaraq hüquqi və fiziki şəxslərə peşəkar hüquqi xidmətlər təklif edir:

    • Bütün növ hüquqi şəxslərin qeydiyyatı, ləğvi, birləşməsi, bölünməsi, ayrılması proseslərinin həyata keçirilməsi;
    • Təsis sənədlərinə dəyişikliklərin və əlavələrin edilməsi;
    • Daxili korporativ sənədlərin hazırlanması;
    • Əmək mübahisələrinin həllində iştirak edilməsi;
    • Müştərilərin əmlak və qeyri-əmlak hüquqlarının, işgüzar nüfuzunun müdafiəsi;
    • Məhkəmədə müştərinin maraqlarının təmsil edilməsi;
    • Müştərinin iqtisadi fəaliyyət sahəsində cinayət və inzibati işlər üzrə hüquq və mənafelərinin qorunması;
    • Dövlət sektoru ilə qarşılıqlı münasibətlərlə bağlı məsləhətlərin verilməsi, mübahisələrin tənzimlənməsi;
    • Lisenziyaların və icazələrin alınması;
    • Təqdim olunmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması;
    • Müqavilələrin bağlanılması, icrası, dəyişdirilməsi və xitamı ilə bağlı mübahisələrin tənzimlənməsi;
    • Sxemlərin, əməliyyatların, əqdlərin onların sonradan təkmilləşdirilməsi məqsədi ilə hüquqi təhlili, müqavilənin ayrı-ayrı şərtlərinin dəyişdirilməsi, əqdlərin vergi aqibətinin qeyri-müəyyənliyi baxımından arzuolunmazlığı ilə bağlı məsləhətlərin verilməsi;
    • Vergi və digər dövlət orqanlarının çıxardığı qərarların, hərəkətlərin və ya hərəkətsizliklərin hüquqi ekspertizası;
    • Vergi və digər dövlət orqanlarının yoxlamaları olan zamanı təşkilatların maraqlarının təmsil edilməsi, vergi yoxlama aktlarına etirazların hazırlanması və vergiödəyicisinin məsuliyyətə cəlb edilməsindən şikayət verilməsi.

null

İstintaq xidmətləri

Müəssisənin iqtisadi təhlükəsizliyinin təmin olunması onun inkişafı üçün böyük əhəmiyyət kəsb edən amildir. “Forbist” MMC müəssisə aktivlərinin üzləşdirilməsi, maliyyə resurslarından sui-istifadə hallarının araşdırılması, yaranan biznes mübahisələri istiqamətində tədqiqatların aparılması, müəssisənin iqtisadi təhlükəsizliyinə qarşı mümkün olan hədələrin təhlili üzrə müstəqil istintaq xidməti təklif edir. “Forbist” MMC-nin təklif etdiyi istintaq xidmətləri sizə yaranmış biznes mübahisələrinin ən effektiv şəkildə idarə edilməsi, baş vermiş saxtakarlıq, sui-istifadə və korrupsiya hallarının araşdırılması, hüquqi müstəvidə həllinin tapılması və müəssisəyə olan mənfi təsirinin minimallaşdırılması, eyni zamanda müəssisənin iqtisadi təhlükəsizliyinin təmin olunması üçün kompleks tədbirlərin həyata keçirilməsini təmin edir.